Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Builki konfransa doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlif istiqamətlərinin aktu
AZƏRTAC xəbər verir ki, konfransda Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan
Əvvəlcə konfrans iştirakçıları “MAA-nın yaradıcı tələbələrinin innovativ layihələri” adlı sərgi ilə tanış olublar.
Sonra “Texnoritm Mərkəzi - MAA-nın innovativlik göstəricisi kimi” mövzusunda təqdimat olub.
Konfransı giriş nitqi ilə açan MAA-nın birinci prorektoru professor Ədalət Səmədov MAA-nın rektoru akademik Arif Mir Cəlal oğlu Paşayevin konfrans iştirakçılarına salamlarını və təbrikini çatdırıb.
Qeyd olunub ki, “Fevral məruzələri 2024”dən keçən 1 il ərzində MAA-nın gənc alimləri və tədqiqatçıları Azərbaycanda, eləcə də beynəlxalq miqyasda keçirilən bir sıra tədbirlərdə və layihələrdə, o cümlədən 75-ci Beynəlxalq Astronavtika Konqresində, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29), digər beynəlxalq konfrans və simpoziumlarda uğurla iştirak edib, nüfuzlu jurnallarda məqalələr çap etdirib, beynəlxalq patentlər alıblar.
Builki “Fevral məruzələri”nə doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlif istiqamətlərinin aktual problemlərinə dair 130-dan çox məruzə təqdim edilib.
Elmi müzakirələrlə yanaşı, konfransın proqramında “İT tədrisinin istehsalatla uyğunlaşması problemləri”, “Tətbiqi optoelektronikanın aktual məsələləri”, “Süni intellektin hüquq elmində tətbiqi” mövzularında dəyirmi masalar, həmçinin “Yaşıl logistika” mövzusunda ustad dərsi, eləcə də “Kainat haqqında düşüncələr” (müəllif: Əhəd Canəhmədov) kitabının geniş təqdimatı da nəzərdə tutulub.