Milli Avropa Kubokunda mübarizəyə başlayacaq

29.06.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

22-25 avqust tarixlərində Avstriyanın paytaxtı Vyanada 3×3 basketbol üzrə kişilər və qadınlar arasında Avropa Kubokunun oyunları baş tutacaq.

Futbolpress.az xəbər verir ki, Avropa Kubokunda mübarizəyə ilk olaraq qadın millimiz start verəcək. “C” qrupunda İspaniya və Avstriya yığmaları ilə qarşılaşacaq qızlarımızın ilk qrup oyunu 22 avqust Bakı vaxtı ilə saat 15:40-da İspaniya seçməsinə qarşı olacaq. İkinci qrup oyununda isə millimiz saat 19:15-də Avstriya yığması ilə üz-üzə gələcək.

“C” qrupunda qərarlaşmış kişi millimizin isə qrupdakı rəqibləri yerli Avstriya və Niderland seçmələridir. Millimiz ilk qrup oyununu 23 avqust Bakı vaxtı ilə saat 15:40-da Niderland, ikinci oyununu isə saat 19:15-də Avstriya yığmalarına qarşı keçirəcəkdir. Qeyd edək ki, qruplarda ilk iki sıranı tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью