Milli basketbolçular internat məktəbində sevinc dolu anlar yaşatdı VİDEO

17.03.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

8 saylı internat məktəbində yadda qalan və duyğusal anlarla zəngin xüsusi görüş baş tutub.

İdman.Biz xəbər verir ki, məktəbin qonaqları Azərbaycan Milli Basketbol Komandası olub.

Komandanın ziyarəti internat məktəbinin şagirdləri üçün əsl bayrama çevrilib. Uşaqların sevincinin həddi-hüdudu olmayıb, onların üzündəki təbəssüm və həyəcan bu görüşün necə önəmli olduğunu bir daha göstərib. Görüş çərçivəsində uşaqlarla səmimi söhbətlər aparılıb, xatirə şəkilləri çəkdirilib.

Məktəb kollektivi Azərbaycan Basketbol Federasiyası tərəfindən göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью