Milli Belarusa nə üçün gedib?

22.05.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Belarusda keçəcək.

Futbolpress.az xəbər verir ki,  komanda bu gün Minskə yola düşüb. Altı gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

Milli komandanın baş məşqçisi Boris Qrebennikov hazırlıq prosesinə 17 idmançı cəlb edib.

Qeyd edək ki, yığmamız Avropa Liqasının ilk tur oyunlarını 5-7 iyun tarixlərində İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları 12-14 iyunda Rumıniyada, üçüncü turun oyunları isə 19-21 iyunda Bakıda təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью