Milli boks çempionatı başa çatıb

30.01.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 33 komandanın 166 idmançısı qüvvəsini sınayıb. 7 gün davam edən turnirin son günündə kişilər arasında 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev digər federasiyaların rəsmiləri də izləyiblər.

Çempionatın sonuncu günü Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 50 kq və 55 kq çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

Həlledici döyüşlərdə qalib gələn Bilalhəbaşi Nəzərov, Nicat Hüseynov, Məhəmmədəli Aşırəliyev, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Abbasqulu Şadlinski, Murad Allahverdiyev, Ramal Həsənli, Rauf Rəhimov və Batraz Mildzoxov çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 6 qızıl, 2 gümüş və 5 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə “Dəmir Yumruq” Boks İdman Klubu (2-1-2) yiyələndiyi halda, “üçlüy”ü MOİK (1-1-5) qapayıb.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью