Milli bu gün Sumqayıtda İraqla qarşılaşır

17.11.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlığını Bakıda davam etdirir. Sport24.az xəbər verir ki, gələn il Azərbaycanda və Özbəkistanda təşkil olunacaq dünya çempionatında ölkəmizi təmsil edəcək komanda bu gün yoxlama görüşündə İraq yığması ilə qarşılaşacaq.

Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək matçın start fiti saat 19:00-da səslənəcək. 

Qeyd edək ki, komandalar noyabrın 20-də daha bir yoxlama oyununda qarşılaşacaqlar. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq matç saat 16:00-da başlayacaq. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью