Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqlə qarşılaşıb. Matç millinin qələbəsiylə başa çatıb – 3:0.
Qolları Nihad Əhmədzadə və Ağadadaş Salyanski (2) vurub.
Azərbaycan 10 xalla 6 komanda arasında 5-cidir.