Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Cəbhə Partiyası Təşkilat Şöbəsinin müdiri Kamil Babayev vəfat edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə partiyanın məbuat xidəti məlumat yayıb.
“Kamil Babayev təkcə işinə sadiq bir partiya rəsmisi deyil, həm də ətrafındakı hər kəsin hörmətini qazanmış gözəl bir insan idi. Onun əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.
Mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına uca Allahdan səbr diləyir, acılarını bölüşürük”,-deyə məlumatda bldirilir.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin