futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın futzal millisi bu gün DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək.
Futbolpress.az xəbər verir ki, yığma səfərdə Çexiya ilə qarşılaşacaq.
Fridek-Mistekdəki “Hala Polarka” İdman Arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü Peter Nurse (İngiltərə), Valentin Siuplea (Uels) və Dunkan Maklulliç (Şotlandiya) idarə edəcəklər.
Azərbaycan millisinin yer aldığı 12-ci qrupda digər rəqib Latviyadır.