Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 30 may, AZƏRTAC
Milli Depozit Mərkəzi (MDM) fəaliyyət istiqamətlərinin inkişafı hədəfində növbəti addımlardan biri Qazaxıstan Mərkəzi Depozitarında (KCSD) MDM-in hesabının açılmasıdır.
AZƏRTAC xəbər verir ki, növbəti hədəflərə MDM-də pul hesablarının idarə edilməsilə Hesablaşma Agenti funksiyasının tətbiqi və İnvestor portal vasitəsilə fiziki və hüquqi şəxslərə göstərilən xidmətlərin çeşidinin artırılması daxildir.
MDM-in ötən il üçün bir sıra nailiyyətlər əldə edib: Türkiyə depozitarında (MKK) nominal saxlayıcı hesabının aktivləşdirilərək qiymətli kağızların saxlanmaya qəbul edilməsi, səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə (E-vote) sisteminin istifadəyə verilməsi, Mərkəzi Kontragent model üzrə PFMI* standartlarının təhlili, bazarın təşviqi yönündə konsultasiya xidmətlərinin verilməsi və “Məlumatların İdarə Edilməsi” siyasətinin təsdiqi.