Milli Depozit Mərkəzi sığortaçı seçib

06.02.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Milli Depozit Mərkəzi (MDM) əməkdaşlarının və onların ailə üzvlərinin könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.

Qalib şirkətə 49 860 manat ödəniləcək.

Satınalma çərçivəsində 3 əməkdaş və onların 3 ailə üzvü üçün VIP tibbi sığorta paketinin (minimum 10 000 manat), 79 əməkdaş və onların 53 ailə üzvü üçün standart tibbi sığorta paketinin (minimum 5 000 manat) əldə olunması nəzərdə tutulur.

Ötən il də bu tenderin qalibi “Meqa Sığorta” olub. Şirkətə 24 240 manat ödənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью