“Milli dəstə” Vadutsda: həm boykot, həm dəstək VİDEO

13.11.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan yığması bu gün Millətlər Liqasında Lixtenşteynin qonağı olacaq.

Ölkə xaricində yaşayan azarkeşlərin yaratdığı “Milli dəstə” fanat qrupu arenada milliyə dəstək olacaq. Bu barədə fanklubun rəhbəri Şamil Mustafayev “Futbolpress.az“a açıqlamasında bildirdi:

“Bu gün stadionda təxminən 16 nəfər olacağıq. Mütləq qalib gəlməliyik. Nəzərə alaq ki, ilk oyunda qələbə qazana bilməmişik. Buna görə çox məyus olmuşuq və əsəbiləşmişik. Buna görə oyunun əvvəlində 30 dəqiqəlik səssiz boykotumuz olacaq. Bundan sonra milliyə dəstək olacağıq. Başa düşməlidirlər ki, yarıpeşəkar komandaya xal itirmək olmaz”.

Lixtenşteyn – Azərbaycan oyununa saat 23:45-də start veriləcək.

Futbolpress.az

Vaduts, Lixtenşteyn

Medianın Lixtenşteyn səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilir.

Futbolpress.az

Vaduts, Lixtenşteyn

Medianın Lixtenşteyn səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью