futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“İnter”in futbolçusu Françesko Açerbi İtaliya millisində oynamaqdan imtina edib.
Futbolpress.az xəbər verir ki, 37 yaşlı müdafiəçi yığmaya dəvət alsa da, çağırışı qəbul etməyib.
Açerbi qərarını belə izah edib: “Millidə olmaq hər kəs üçün şərəfdir. Lakin hörmət görmədiyim yerdə olmaq istəmərəm.
Buna görə baş məşqçi Luçano Spaletti ilə danışdım və dəvəti qəbul etmədiyimi bildirdim”.
Açerbi 2023-cü ilin noyabrından milliyə çağırılmırdı. O, Çempionlar Liqasında 2024/25 mövsümünün gümüş medalçısıdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.