Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində yazıçı, jurn
Tədbirin əsas məqsədi vətənpərvərliyin təbliği, milli dəyərlərin qorunması və gənclərin vətəndaşlıq məsuliyyətinin artırılması olub.
Tədbirin açılışında çıxış edən universitetin Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova “Vətən” layihəsinin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq onun vətənpərvərlik duyğularının güclənməsinə verdiyi töhfədən bəhs edib.
Təlim çərçivəsində çıxış edən Aydın Tağıyev layihənin artıq üç ildir ki, heç bir maddi mənfəət güdmədən fədakar könüllülər vasitəsilə həyata keçirildiyini bildirib.
O, əsas məqsədin şəhidlərin əziz xatirəsini daim yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə ötürmək və unudulmasının qarşısını almaq olduğunu vurğulayıb.
Təlimdə milli kimlik, vətən sevgisi və vətəndaş məsuliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Bu kontekstdə Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana-İnformasiya Mərkəzinin direktoru İradə Ağayeva milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi fəaliyyətinə xüsusi diqqət çəkib.
O, bildirib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri onun tarixi və mədəni kimliyinin ayrılmaz hissəsidir.