Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

17.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Çıxış edənlər xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən olan 17 Noyabr - Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa olunmasındakı tarixi rolundan, Ulu Öndərin uzaqgörənliyi, müdrik siyasəti, onun milli dirçəlişi və mənəvi dəyərləri yüksək tutmasından, həmçinin Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Həmçinin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirdiyi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunmasının milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı olması vurğulanıb.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində bu gün 17 Noyabr - Milli Dirçəliş Gününün Vətənimizin hər yerində xalqımız tərəfindən bayram edilməsi böyük qürur və iftixar hissi ilə qeyd olunub.

Tədbirlər çərçivəsində təqdim edilən musiqi nömrələri, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью