Milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcı FOTOLAR

17.11.2026

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənub qapımız Astara rayonundakı S. Nəsirov adına Seləkəran kənd ümumi orta ümum-təhsil məktəbinin müəllim və şagirdlərin iştirak ilə rayondakı Heydər Əliyev Mərkəzində “17 Noyabr- Milli Dirçəliş Günü “ münasibətilə sərgi və mühazirə keçirilib.
Mühazirədə çıxışlar zamanı vurğulanıb ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələsi sayılan “17 Noyabr – Milli Dirçəliş Günü” Azərbaycanın müstəqilliyinin bərpasında böyük tarixi rol oynayıb. Tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları isə əslində ötən əsrin 60-cı illərinin sonunda görkəmli dövlət rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışdı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul edildi və bununla əlaqədar Azərbaycan Ali soveti qarşısında vəsatət qaldırdı. Beləliklə milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyuldu.
Natiqlər, həmçinin Ulu Öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üç il öncə Dirçəliş günü ərəfəsində Azərbaycan tarixinin ən parlaq səhifəsinə imza ataraq mümkünsüz olanı mümkün etdiyini, Azərbaycanın ən böyük probleminə son qoyduğunu, milli məsələni yerinə yetirdiyini deyib və yaratdığı rəşadətli Azərbaycan Ordusunun onun rəhbərliyi altında təqribən 30 illik əsarətdən sonra müqəddəs Vətən torpaqlarını erməni əsarətindən qurtararaq dövlətimizin ərazi bütövlüyünü təmin etməklə xalqımızın milli qürurunu, mənliyini, kimliyini özünə qaytardığını bildiriblər .
Sonra digər iştirakçıların mövzu ilə bağlı çıxışları dinlənilib, video-çarx nümayiş olunub, eləcə də “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərdən ibarət sərgiyə baxış keçirilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью