Milli Dirçəlişin əsasını xalqın milli şüurunun oyanması təşkil edir

17.11.2025

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


"Azərbaycanda milli dirçəlişin təməli 60 - cı illərin sonu 80-ci illərin əvvəllərində qoyuldu. Həmin illərdə Ulu Öndər Heydər Əliyev milli dəyərləri diqqət mərkəzində saxlayır, milli kadrın hazırlanmasına xüsusi önəm verirdi. Onun rəhbərlik etdiyi bu illər ərzində minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində ali təhsil almağa göndərilmiş, bu da gələcək müstəqil Azərbaycan üçün milli ruhlu ziyalılar ordusunu formalaşdırmaq demək idi".
Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva 17 noyabr-Milli Dirçəliş Gününün əhəmiyyətindən danışarkən səsləndirib. İctimai birlik təmsilçisi qeyd edib ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin uzagörən siyasətinin nəticəsi idiş
Ruhiyyə Mehdiyeva qeyd edib ki, Milli Dirçəlişin əsasını xalqın milli şüurunun oyanması təşkil edir:
"Bura xalqın milli kimliyi, xalqın öz tarixinə yenidən nəzər salaraq tarixi köklərini bir daha kəşf etməsi daxildir. Bu isə xalqın müstəqil yaşamağa sahib olmasını dərk etməsi deməkdir. Nəticədə, siyasi aktivlik və birlik formalaşır".
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью