Milli evdə məğlub oldu

14.11.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandası 2029-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxıb.

Futbolpress.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız seçmə mərhələdəki ikinci matçında İrlandiya seçməsini qəbul edib. Milli Gimnastika Arenasında baş tutan qarşılaşma qonaq komandanın 91:73 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, millimiz qrupdakı ilk görüşündə İsveçrə kollektivinə 33:84 hesabı ilə məğlub olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью