Milli futbolçu məhkəmədə cavab verəcək

20.06.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əşrəf Hakimi ilə bağlı bir neçə il əvvəl yayılan ittiham yenidən gündəmə gəlib.

"Football-plus.az" xəbər verir ki, Mərakeş yığmasının və PSJ-nin müdafiəçisi bir qadına təcavüz ittihamı ilə bağlı məhkəmə qarşısına çıxacaq. “RMC Sport”un məlumatına görə, 27 yaşlı futbolçunun verdiyi apellyasiya şikayəti rədd edilib və işə cinayət məhkəməsində baxılacaq. Dinləmələr zamanı Fransa yığmasının hücumçusu Kilian Mbappenin də şahid qismində ifadə verəcəyi bildirilir.
Xatırladaq ki, 2023-cü ildə Əşrəfə 24 yaşlı qadına qarşı təcavüz ittihamı irəli sürülmüşdü. Bundan sonra o, məhkəmə nəzarəti altına alınmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью