Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda Omanın U-23 yığması ilə üz-üzə gəlib.
Futbolpress.az xəbər verir ki, görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça uğursuz başlayan və 10-cu dəqiqədə Elnur Mustafayevin avtoqolu ilə geriyə düşən U-21 millimiz fasilədən sonra geridönüş edib. Komandamızın hücumçusu Niyazi Osmanov 50-ci və 59-cu dəqiqələrdə vurduğu iki qolla hesabı xeyrimizə dəyişib və matçda qələbəni təmin edib.
Komandalar arasında növbəti yoxlama matçı noyabrın 17-də keçiriləcək.
Qeydə alınan nəticə:
Yoxlama oyunu
Azərbaycan (U-21) – Oman (U-23) 2:1
Qollar: Niyazi Osmanov, 50, 59 – Elnur Mustafayev, 10 (avtoqol)