Milli Göygöldə hazırlaşır

14.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.

Futbolpress.az xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığı Göygöldə davam etdirir.

Məşqçilər heyəti toplanışa 31 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət texniki-taktiki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq martın 25-də yekunlaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью