Milli həmrəyliyimizin rəmzi | Icma.az
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən qürurlu günlərdən biri – 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan xalqının birliyinin, bölünməzliyinin simvolu olan Həmrəylik Günü çoxmilyonlu soydaşlarımız tərəfindən 30 ildən çoxdur ki, coşğulu dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə, milli birlik salnaməsinə və şərəfli keçmişə malikdir.
Xalqımızın uzun əsrlər boyu yaratdığı dövlətçilik ənənəsi və irsi təəssüf ki, xarici istilalar nəticəsində müxtəlif dövrlərdə əlindən alınaraq unutdurulmağa çalışılmışdır.
İşğalçı imperiyalar tərəfindən ərazisi zəbt edilərək dövlət müstəqilliyi və istiqlaliyyəti əlindən alınsa da, Azərbaycan xalqının milli birlik və bütövlük amalını, qayəsini heç vaxt sındırmaq mümkün olmamışdır.
Xalqımız hər zaman müstəqillik və bütövlük yolunda mübarizəsini davam etdirərək vahid milli ideya ətrafında sıx birləşib.
Tam oxu
Xəbəri oxu