Milli Hidrometeorologiya Xidmət: Bakıya aylıq normanın 81 faizi həcmində yağıntı düşüb

09.12.2024

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Dekabrın 09-u saat 08:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81 faizini təşkil edir.

"Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir" – deyə Gülnarə Abbasova qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью