Milli Hidrometeorologiya Xidməti 40 il bu evdə yaşamış İsgəndərovlar ailəsini niyə küçəyə …
Icma.az bildirir, Bizim media portalına istinadən. Yaşadığı ünvandan çıxarılan ailə hara üz tutacağını bilmir...Söhbət Astara rayonunda yaşa
Xanverdi İbad oğlu İskəndərov deyir ki, 40 ildən çoxdur yaşadıqları evdən çıxmaq məcburiyyətində qalıblar.
Özü də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin iddiası əsasında...
Məsələ burasındadır ki, 1982-ci ildə Astara Hidrometeroloji Stansiyasına rəhbər təyin olunan Xanverdi müəllimin mənzili olmadığından stansiyaya bitişik tikili sahəsində ona məskunlaşmaq icazəsi verilib.
1941-ci ildə inşa edilmiş, əvəllər kazarma olan, idarənin inzibati sahəsini təmir etmək və yaşayış üçün əlverişli hala gətirmək də elə Xanverdi İsgəndərovun üzərinə düşüb.
Beləcə 2022-ci ilə - təqaüdə çıxana qədər stansiyanın rəhbəri olan Xanverdi müəllimin bütün ən yaxşı illəri də elə bu evdə keçib.
Müsahibimiz deyir ki, sözügedən mənzil sahəsi ona o dövrün qanunları ilə verilib, adına ev kitabı açılıb, həmçinin özü və ailə üzvləri də məhz bu ünvana qeydiyyata salınıb.
Paradoks ondadır ki, Xanverdi müəllimə məhkəmə qərarı ilə evi boşalt deyirlər, amma onun qeydiyyat hüququ elə bura aiddir.
Tam oxu
Xəbəri oxu