Milli Hidrometeorologiya Xidməti: Bakıya aylıq normanın 81 faizi həcmində yağıntı düşüb AZƏRTAC

10.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-u saat 08:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova AZƏRTAC-a bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81 faizini təşkil edir.

"Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir", – deyə Gülnarə Abbasova qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью