Milli Hidrometeorologiya Xidməti: Bəzi çaylarda sululuq artıb

21.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 aprel, AZƏRTAC

Avtomat hidroloji stansiyaların aprelin 21-i saat 11:00-a olan məlumatına əsasən, ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Qudiyalçay-Qımılda 6, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçay-Əliquluuşağıda 8, Oxçuçay-Bürünlüdə 7, Quruçay-Böyük Tağlar və Tərtərçay-Kəlbəcərdə 3 santimetr artım qeydə alınıb.

Kür çayının aşağı axınında - Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 20, Kür-Salyanda 10, Kür-Bankədə 5 santimetr artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью