Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib AZƏRTAC

28.11.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 noyabr, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti noyabrın 29-u Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

AZƏRTAC-ın məlumatına görə, xəbərdarlıqda qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Siyəzən, Xızı, Xaçmaz, Şabran, Quba, Qusar, Goranboy, Naftalan, Ağstafa, Tovuz, Şəmkir, Qazax, Daşkəsən, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью