Milli Hokkey Liqasının oyununda KÜTLƏVİ DAVA

10.06.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Milli Hokkey Liqasının Stenli Kubokunun pley-off mərhələsinin 3-cü oyununda qalmaqal baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Kp.ru portalı məlumat paylaşıb.

Belə ki, birinci hissənin sonlarında "Edmonton Oylers"in hücumçusu Trent Frederik öz çubuğu ilə "Florida Panterz"in hücumçusu Sem Bennetin belinə zərbə endirib. Bu, idmançılar arasında münaqişəyə və kütləvi davaya səbəb olub.

Hakim hər iki komandadan ümumilikdə altı nəfəri cərimələyib.

Qeyd edək ki, oyun "Florida Panterz"in 6:1 hesablı qələbəsi ilə bitib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью