Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə təbiətin ecazkar nağılı” adlı sərgi açılıb | …
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu il Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən bir, Xalq rəssamı Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasının 115, vəfatının 50 illiyidir.
Mədəniyyət Nazirliyindən Demokrat.az-a verilən məlumatda bildirilir ki, bu münasibətlə noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb.
Sərginin açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli və tanınmış incəsənət xadimləri iştirak ediblər.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın muzeyin kolleksiyasından seçilmiş 40-dan çox rəngkarlıq və qrafika əsəri yer alıb.
Bununla yanaşı, görkəmli sənətkarın muzey tərəfindən yeni əldə olunan 2 rəsm albomu ilk dəfə nümayiş etdirilir.
Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.
Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Səlhab Məmmədov, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, muzeyin Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov çıxış edərək Səttar Bəhlulzadənin milli təsviri sənətdə qoyduğu təkrarsız izdən danışıb, sərginin əhəmiyyətini vurğulayıblar.
Tam oxu
Xəbəri oxu