Milli iradəmizin zəfər çaldığı gün | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gənclərimiz tarixi hadisələri bilməlidirlər, eləcə də yaxın tariximizin öyrənilməsi və araşdırılması onların vacib vəzifələri olmalıdır.
Müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində misli görünməmiş gətl törətdilər.
Onların törətdikləri bu qanlı cinayət Azərbaycan xalqının azadlıq eşqini söndürə bilmədi.
Xalqımız qanı bahasına da olsa öz dövlət müstəqilliyinə qovuşdu.
Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid oldu, 638 nəfər xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbs olundu.
İnsan hüquqlarına dair Beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinin tələbləri pozuldu.
Bakıda baş vermiş bu qanlı-qadalı 20 Yanvar hadisəsinə ilk etirazını bildirən Heydər Əliyev olaraq 1990-cu il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək mətbuat konfransı keçirdi.
Tam oxu
Xəbəri oxu