Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Təməli 150 il bundan əvvəl, 1875-ci il 22 iyulda ilk anadilli mətbu orqanımız olan "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol müdrik xalqımızın şərəf salnaməsidir.
Məhz buna görədir ki, bütün Azərbaycan xalqı Azərbaycan milli mətbuatının yarandığı günü hər il xüsusi təntənə ilə qeyd edir.
Azərbaycan milli mətbuatının yubileylərinin böyük təntənə ilə qeyd edilməsi ənənəsinin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ulu Öndər tərəfindən əsası qoyulan bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir.
Ümummilli Lideriz Heydər Əliyev respublikada hakimiyyətinin hər iki dövründə mətbuata həmişə böyük yaradıcılıq sərbəstliyi, demokratik meydan yaratmış, özünün də dəfələrlə qeyd etdiyi kimi, müstəqil, demokratik mətbuatın inkişafına xüsusi əhəmiyyət vermişdir.
Ulu Öndərimiz deyirdi: “Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir.
Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir”.