Milli Kəşfiyyat rəhbəri: Tramp üçün Ukraynadakı münaqişənin həlli prioritetdir

26.02.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Ukrayna münaqişəsinin həlli Amerika lideri Donald Trampın fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib.

“Hazırda biz eyni vaxtda bir neçə məsələ üzərində işləyirik. Ukrayna ilə mineral sövdələşmə var ki, bu da xüsusi bir yer tutur. Hələ də üzərində işlənilən və prezident Tramp üçün əsas prioritet olaraq qalan daha geniş sövdələşmə də var: Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq. Bu mövzuda danışıqlar davam edir”, - deyə o, “Fox News”a müsahibəsində qeyd edib.

Qabbard iddia edir ki, Tramp bu məsələləri Amerika vətəndaşlarının maraqlarını nəzərə alaraq həll edir.

Bundan əvvəl ABŞ liderinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, Tramp prezident kimi sələfi Co Baydendən fərqli olaraq bütün tərəflərlə danışıqlara hazırdır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью