Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu il 75-ci dəfə keçirilən Amerika "Milli Kitab Mükafatı"nın qalibləri açıqlanıb.
Kulis.az xəbər verir ki, "Bədii ədəbiyyat" nominasiyasının qalibi "Ceyms" romanı ilə Persival Everett olub.
"Poeziya" nominasiyasının qalibi "Yaşamaq haqqında nəsə" kitabı ilə Fələstin əsilli şairə Lena Xələf Tuffaha olub.
"Qeyri-bədii" ədəbiyyat nominasiyasını “Əsgərlər və Krallar: İnsan qaçaqmalçılığı dünyasında sağ qalma və ümid” kitabı ilə Ceyson de Leon, "Gənc romançı" nominasiyasını isə "Kərim seçim qarşısında" romanı ilə Suriya əsilli Şifa Saltaqi Safadi qazanıb.
Qeyd edək ki, hər nominasiyanın mükafat fondu 10 000 dollardır.
Lətif Kərimovun xatirəsi anıldı
Şuşa Teleradio Yayım Stansiyası haqqında film çəkilir
Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri