Milli Kitabxanada “15 Sentyabr Bilik Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

15.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Milli Kitabxanada Bilik Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, sərgilərdə Azərbaycanın təhsil tarixi, elm və təhsil siyasəti, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafındakı rolu, milli təhsil strategiyası, Heydər Əliyev Fondunun Azərbaycanın təhsil sahəsində fəaliyyəti, ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı, görkəmli Azərbaycan pedaqoqları və digər mövzulara dair Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью