Milli Kitabxanada Aydın Kazımzadəyə həsr olunmuş sərgi açıldı

16.01.2025

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Kitabxanada kino salnaməmizin yorulmaz tədqiqatçısı, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 85 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Aydın Kazımzadə” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə kinoşünasın müəllifi olduğu milli kino tariximizi tədqiq edən fundamental əsərləri, həmçinin, “Ön söz” və rəy verdiyi əsərlər yer alıb.

Sərgidə Aydın Kazımzadənin fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr də nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Aleyna sürücü elanı verdi "Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi? “TikTok”da əyləncə yarışları təşkil edən Azər Zahid və digərləri saxlanılıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью