Milli Kitabxanada Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə kitab sərgisi açıldı

03.12.2024

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Milli Kitabxanada “3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə fotolar, əlillərin hüquqlarının qorunması, əlilliyi olan insanların töhfələri, nailiyyətləri ilə bağlı dövri mətbuat səhifələrində dərc edilən məqalələr və kitablar nümayiş olunur.

Ənənəvi kitab sərgisində əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və sosial müdafiəsi haqqında, əlilliyin qarşısının alınması, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının məşğulluğunun təmin edilməsi problemləri haqqında qanunvericilik aktları, monoqrafiyalar, ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi? Can verən həmkarının başı üstündə oxuyan Xalq artisti - Stalin onun haqqında nə demişdi? Məşhur aktrisa cinsi istismara məruz qaldığını açıqladı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью