Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Milli Kitabxanada görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, professor Zakir Bağırovun anadan olmasının 110 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Zakir Bağırov -110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkarın operaları, operettaları, süitaları, kamera-instrumental əsərləri, mahnıları, romansları və s. əsərləri, həyatı və yaradıcılıgı haqqında ədəbiyyatlar nümayiş olunur.