Milli Kitabxanada “İlyas Tapdıq 90” adlı sərgi açılıb AZƏRTAC

30.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 noyabr, AZƏRTAC

Milli Kitabxanada Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, şair-tərcüməçi İlyas Tapdığın 90 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının böyük ustalıqla qələmə aldığı əsərləri, dünya ədəbiyyatından tərcümələri, “Ön söz”, tərtib və redaktə etdiyi kitablar yer alıb.

Həmçinin onun həyatı və yaradıcılığı haqqında yazılmış Azərbaycan və rus dillərində ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunub.

Sərgi bir həftə davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью