Milli Kitabxanada Kəlbəcər Şəhəri Günü ilə bağlı sərgi açılıb

24.11.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 24 noyabr, AZƏRTAC

Milli Kitabxanada “25 Noyabr - Kəlbəcər Şəhəri Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Kəlbəcər şəhərinin tarixi, coğrafiyası ilə bağlı materiallar öz əksini tapıb.

Həmçinin Milli Kitabxananın fondunda mühafizə olunan, Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və böyük Zəfəri əks etdirən kitablar, məqalələr Azərbaycan, rus, ingilis dillərində nümayiş olunub.

Sərgi ilə link vasitəsilə tanış olmaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью