Milli Kitabxanada Kəlbəcər Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi açılıb

25.11.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Kitabxanada Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əlamətdar günlərindən biri olan Kəlbəcər Şəhəri Günü münasibətilə “25 Noyabr – Kəlbəcər Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

525.az-a kitabxanadan bildirilib ki, sərgilərdə Kəlbəcər şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyətə malik qədim maddi-mədəniyyət abidələri, Vətən müharibəsi, Azərbaycanın qazandığı şanlı Qələbə, tarix yazan qəhrəmanlarımız, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərin döyüş yolundan bəhs edən Azərbaycan və digər dillərdə nəşr olunmuş ədəbiyyat nümayiş etdirilir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu keçiddən istifadə edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью