Milli Kitabxanada Koha AKİS üzrə onlayn təlimlər davam edir

29.01.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 29 yanvar, AZƏRTAC

Milli Kitabxanada region kitabxanalarının əməkdaşları üçün Koha AKİS üzrə onlayn təlimləri davam edir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təlimlərdə Abşeron-Xızı, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Mərkəzi Aran, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Şərqi Zəngəzur, Qarabağ, Mil-Muğan, Şirvan-Salyan və Lənkəran-Astara Regional Mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) əməkdaşları iştirak edirlər. Təlim proqramı yanvarın 3-da başa çatacaq.

Proqram çərçivəsində iştirakçılara Koha kitabxana avtomatlaşdırma sisteminin yenilənmiş modulları üzrə ətraflı nəzəri məlumatlar təqdim olunur. Eyni zamanda ekran paylaşımı vasitəsilə real iş prosesinə uyğun praktiki əməliyyatlar nümayiş etdirilir. Təlimlər zamanı mütəxəssislərin gündəlik iş proseslərində qarşılaşdıqları aktual məsələlər müzakirə olunur, verilən suallar cavablandırılır və mövcud problemlərin həlli istiqamətində müvafiq izahlar verilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью