Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb

12.06.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 iyun, AZƏRTAC

Milli Kitabxanada müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini, ölkənin sabitliyi və inkişafı naminə göstərdiyi xidmətlərini təbliğ etmək, milli birlik və dövlətçilik dəyərlərini aşılamaq məqsədilə “15 İyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və tarixi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı, həmin dövrdə xalqımızın taleyi ilə bağlı mühüm məsələlərin həlli istiqamətində gördüyü işlər, milli azadlıq hərəkatı, Yeni Azərbaycan Partiyasının yaranması, həyata keçirdiyi daxili və xarici siyasət, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində misilsiz xidmətləri, zəngin siyasi irsi, eləcə də Azərbaycan tarixinin, mədəniyyətinin və elminin inkişafındakı rolu haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, fotoalbomlar və digər nəşrlər nümayiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью