Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev 100” adlı sərgi açılıb

15.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Milli Kitabxanada Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş “Xalq artisti Ramiz Mustafayev - 100” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkarın nota alınmış əsərləri, elmi fəaliyyəti, Azərbaycan və rus diində çap olunan ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunub.

Ramiz Mustafayev bəstəkarlıq və dirijorluqla yanaşı, təcrübəli pedaqoq və tanınmış ictimai musiqi xadimi kimi də fəaliyyət göstərib. Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1973-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2001-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью