Milli komandada argentinalı baş məşqçi

05.09.2026

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Argentinalı mütəxəssis Marselo Qalyardo Ekvador millisinin yeni baş məşqçisi olacaq.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulmuş müqaviləni tam şəkildə razılaşdırıblar.

​Marselo yeni vəzifəsində DÇ-2026-nın 1/16 finalında Meksikaya qarşı matçda (0:2) məğlub olaraq mübarizəni dayandırdıqdan sonra milli komandadan ayrılan Sebastian Bekkaseseni əvəz edəcək.

​Qalyardonun son iş yeri klubun əfsanəsi olduğu "River Pleyt" olub. O, iki il işlədikdən sonra fevral ayında komandanı tərk edib. Argentinalı mütəxəssis həmçinin "Əl-İttihad" və "Nasyonal" klublarına da rəhbərlik edib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью