Milli komandada yeni anlaşma

28.05.2026

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cessi Marş Kanada yığmasını daha uzun müddət çalışdıracaq.

"Football-plus.az" xəbər verir ki, amerikalı baş məşqçi ilə müqavilə yenilənib. 52 yaşlı mütəxəssis yığmanı 2030-cu ilə qədər çalışdıracaq. Komanda Marşın rəhbərliyi altında tezliklə start götürəcək dünya çempionatında iştirak edəcək.
Xatırladaq ki, turnir iyunun 11-dən iyulun 19-dək Meksika, ABŞ və Kanadanın birgə evsahibliyi ilə keçiriləcək. Kanada yığması mundiala ev sahibi kimi atılır. Marşın komandası dünya çempionatının qrup mərhələsində İsveçrə, Qətər və Bosniya və Hersoqovina yığmalarına qarşı mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью