Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Futbol üzrə Ekvador milli komandasının yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, Cənubi Amerika təmsilçisini Marselo Qalyardo çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
50 yaşlı argentinalı mütəxəssislə 2030-cu ilin 31 iyul tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Marselo Qalyardonun son iş yeri bu ilin fevralında ayrıldığı "River Pleyt" olub.
saytlarin hazirlanmasi