Milli komandada yeni təyinat

08.03.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Keniya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Milli komandaya Benni Makkarti təyinat alıb.
Keniya Futbol Federasiyasnın mətbuat xidmətinin məlumatında “Mançester Yunayted”in sabiq məşqçisi ilə ikiillik müqavilə imzalandığı bildirilib.
Xatırladaq ki, sabiq hücumçu olan Makkarti Cənubi Afrika yığmasında 79 oyuna 31 qol vurub. Onun 2022-24-cü illərdə MY-də baş məşqçi Erik ten Haqa kömək etdiyini də yada salaq.
47 yaşlı mütəxəssis daha əvvəl “Sent-Trüden”, “Keyptaun Siti” və “Amazulu” klublarında çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью