Milli komandada zəruri dəyişiklik

09.06.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Braziliya yığmasının dünya çempionatı üçün heyətində zəruri dəyişiklik edilib. Buna Uesli Fransanın zədələnməsi səbəb olub.

"Football-plus.az" xəbər verir ki, o, cümə axşamı start götürəcək turnirdə iştirak edə bilməyəcək. Bu haqda Braziliya Futbol Konfederasiyası məlumat yayıb. Sağ cinah müdafiəçisi Misir yığması ilə keçirilən yoldaşlıq oyununda (2:1) zədələnib. Tibbi müayinə nəticəsində Ueslinin sol bud əzələsində zədə aşkarlanıb.
22 yaşlı futbolçu yenicə başa çatan mövsümdə bütün turnirlər daxil olmaqla 41 matçda meydana çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Artıq Braziliya yığmasının heyətində dəyişiklik edilib. Zədə səbəbindən iştirak ərizəsindən çıxarılan Ueslinin əvəzinə “Atalanta”dan Ederson düşərgəyə dəvət alıb.
Qeyd edək ki, Karlo Ançelottinin çalışdırdığı Braziliya yığması dünya çempionatında Mərakeş, Şotlandiya və Haiti ilə C qrupunda mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью