Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Tomas Tuxelin İngiltərədə işləmək şansı çoxdu.
"Football-plus.az" xəbər verir ki, İngiltərə yığmasının baş məşqçisi yaxın gələcəkdə “Nyukasl”ı çalışdıra bilər. “TEAMtalk”un xəbərinə görə, Tuxelin milli komandadan ayrılandan sonra premyer-liqa təmsilçisinə keçəcəyi gözlənilir. Almaniyalı mütəxəssisin yerli futbol təşkilatı ilə müqaviləsi yayda keçiriləcək, dünya çempionatının sonuna qədər qüvvədə olacaq.
Mənbənin bildirdiyinə görə, hazırda “Nyukasl”ı çalışdıran Eddi Haunun mövsümün sonunda vəzifəsini tərk edəcəyi ehtimal olunur. Buna səbəb komandanın premyer-liqada zəif çıxış etməsidi. Yeri gəlmişkən, Hau özü də klubun inkişafına töhfə verə bilməyəcəyini hiss edəcəyi halda istefaya yollanacağını açıqlayıb.