Milli komandalarda ən yaxşı 10 məşqçi

23.12.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) milli komanda səviyyəsində 2024-cü ilin ən yaxşı baş məşqçisini seçib.

QOL.az xəbər verir ki, federasiyanın hazırladığı siyahıda ispaniyanın çalışdırıcısı Luis de la Fuente birinci olub.

Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2-ci, Fransanın baş məşqçisi Didye Deşam isə 3-cü olub. Türkiyə milli komandasının çalışdırıcısı Vinçenzo Montella 8-ci pillədə yer alıb.

Ən yaxşı 10 məşqçi 

1. Luis de la Fuente (İspaniya) – 274 xal

2. Lionel Skaloni (Argentina) – 148

3. Didye Deşam (Fransa) – 35

4. Qaret Sautqeyt (İngiltərənin sabiq məşqçisi) – 26

5. Emerse Fae (Fildişi Sahili) – 18

6. Yulian Naqelsmann (Almaniya) – 17

7. Nestor Lorenzo (Kolumbiya) – 14

8. Vinçenzo Montella (Türkiyə) – 8

9. Villi Sanol (Gürcüstan) – 6 

10. Marselo Bielsa (Uruqvay) – 5

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью